Piyadanı vuran maşın hadisə yerindən qaçıb FOTO


Kriminal 12 Dek 2021 19:44:00 174 0

Piyadanı vuran maşın hadisə yerindən qaçıb  FOTO

Ağcabədi rayonunda piyadanı maşın vuraraq hadisə yerindən qaçıb.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx-Borsunlu yolunda qeydə alınıb.

Piyada 1999-cu il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlu aldığı xəsarətlər səbəbindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Polis əməkdaşları hadisəni törədən şəxsin axtarış əməliyyatlarına başlayıb.

Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.