İsrailin baş naziri ilk dəfə BƏƏyə rəsmi səfər edəcək


Dünya 12 Dek 2021 19:08:00 123 0

İsrailin baş naziri ilk dəfə BƏƏyə rəsmi səfər edəcək

İsrailin baş naziri Naftali Bennet bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, baş nazir dekabrın 13-də Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək.

"Baş nazir (Naftali - red.) Bennet Əbu-Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə bu gün BƏƏ-yə ilk rəsmi səfərinə yola düşəcək. Sabah (13 dekabr - red.) baş nazirin Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü keçiriləcək", - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, liderlər İsrail və BƏƏ arasında əlaqələrin dərinləşdirilməsini, o cümlədən iki ölkə arasındakı münasibətlərdə rifahın və sabitliyin artmasına töhfə verəcək iqtisadi və regional məsələləri müzakirə edəcəklər.

Sənəddə vurğulanır ki, bu, İsrail baş nazirinin BƏƏ-yə tarixdə ilk rəsmi səfəridir.

Son.az