İranda koronavirusdan ölənlərin sayı 130 722 nəfərə çatıb


Dünya 12 Dek 2021 18:07:00 139 0

İranda koronavirusdan ölənlərin sayı 130 722 nəfərə çatıb

İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 722 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 2289 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6154813 nəfərə çatıb.