Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb FOTO


Digərləri 12 Dek 2021 13:40:00 113 0

Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb  FOTO

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonundada ulu öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdiriblər.

Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələr üzrə əldə edilən uğurlar, qazanılan naliyyətlər xoş xatirələrlə yada salınıb. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.

Müzəffər Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində mənfur düşməni darmadağın etdi və Ermənistanın 30 il davam edən işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.