Türkiyədə 6 nəfərdə koronavirusun "omikron" ştammı aşkarlanıb


Dünya 12 Dek 2021 14:22:00 376 0

Türkiyədə 6 nəfərdə koronavirusun "omikron" ştammı aşkarlanıb

Türkiyədə 6 nəfərin koronavirusun "omikron" ştamına yoluxma halı aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Türkiyədə altı nəfərdə "omikron" variantı aşkar edilib. Xəstəliyə yoluxanlardan biri İstanbulda, beşi isə İzmirdədir. Bu altı nəfərə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb".

Nazir vətəndaşları koronavirusa qarşı tədbirlərə riayət etməyə davam etməyə çağırıb.