Azad edilmiş ərazilərdə tarixmədəniyyət abidələrinin 95%ə yaxını dağıdılıb


Siyasət 12 Dek 2021 12:32:00 101 0

Azad edilmiş ərazilərdə tarixmədəniyyət abidələrinin 95%ə yaxını dağıdılıb

Azad edilmiş ərazilərdən ötən ilin noyabrından sonra 400-dən çox tarixi mədəniyyət abidəsi aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, aşkar edilən abidələrdən 140-150-yə yaxını reystrdə olmayıb.

"Eyni zamanda azad edilən ərazilərdə 800-dən çox mədəniyyət müəssisələri, teatr və kitabxanalar, musiqi məktəbləri və s. olub. Monitorinqlərimiz onu göstərir ki, 95%-ə yaxın tarix mədəniyyət abidələri dağıdılıb.

Bu monitorinqlər hələ də davam edir. Elə yerlər var ki, ora bizim nümayəndələr gedib çıxa bilməyib. Burda həm mina təhlükəsi var, landşaft çətinliyi var. Amma bu iş davam etdirilir. Monitorinq başa çatandan sonra bununla bağlı siyahı hazırlaylb beynəlxlaq təşkilatlara müraciət edib, Erməsintan tərəfinin məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Dağıdılmış abidələr göstərir ki, bu hərbi və bəşəriyyətə qarşı törədilmiş cinayətdir".

Son.az