ABŞda tornado qocalar evini uçurdu, ölənlər var VİDEO


Digərləri 11 Dek 2021 14:12:00 121 0

ABŞda tornado qocalar evini uçurdu, ölənlər var  VİDEO

ABŞ-ın Arkanzas ştatında tornado qocalar evinin uçmasına səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qocalar evinin bir hissəsinin uçması nəticəsində 2 nəfər həlak olub.

Daha 20 nəfər isə hələ də dağıntılar altındadır. Bununla yanaşı, 5 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat açıqlanmayıb.

Hazırda hadisə yerində fövqəladə xidmətlər çalışır.