Elə təqdim edilirdi ki, guya ermənilər savaşdan əziyyət çəkən millətdir Prezidentin köməkçisi


Siyasət 11 Dek 2021 14:20:00 237 0

Elə təqdim edilirdi ki, guya ermənilər savaşdan əziyyət çəkən millətdir  Prezidentin köməkçisi

Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürüldüyü halda, elə təqdimat edilirdi ki, guya ermənilər savaşdan əziyyət çəkən bir millətdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.

"Biz Qarabağ münaqişəsinin ilk günlərindən bu yalanların fonunda belə problemlərlə üzləşərək uzunmüddətli bir yola çıxdıq. Ona görə də Ermənistanın Azərbaycana qarşı apardığı bu savaş müddətində 30 illik strateji kommunikasiya formalaşdıraraq onu həyata keçirməyə başladıq. Burada əsas amacımız Azərbaycan tərəfindən həyata keçirilən bütün siyasətin və dünyaya təqdim olunan mesajların koordinasiyalı bir şəkildə çatdırılması çox idi", - deyə H.Hacıyev vurğulayıb.