“Akvarel Təəssüratlari” adlı sərgisi keçiriləcək


Kriminal 10 Dek 2021 16:58:00 150 0

“Akvarel Təəssüratlari” adlı sərgisi keçiriləcək

IWS 10 illik yubileyinə həsr olunmuş "Akvarel Təəssüratlari" adlı sərgisi keçiriləcəkdir 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası,  Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalareyasının təşkilatçılığı ilə 2022-ci ilin 23 yanvar tarixində ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş "Akvarel Təəssüratlari" adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcəkdir.

Sərgidə iştirak etmək istəyən rəssamlar akvarel (sulu boya) texnikasında işlənmiş əsərinin (əsərlərinin) keyfiyyətli fotosunu və özü haqda məlumatı (ad, soyad, əsərin adı və ölçüsü) [email protected] e-mail ünvanına göndərməlidir. 

Göstərilən e-mail ünvanına bir müəllif bir neçə iş göndərə bilər. Təqdim edilən əsərlər arasından sərginin təşkilatçıları tərəfindən hər müəllifin 1 və ya 2 əsəri sərgidə nümayiş olunmaq üçün seçiləcək. 

Seçim "IWS Azerbaijan"ın Bədii şurası tərəfindən keçiriləcək;

Əsərlər "IWS Azerbaijan" tərəfindən keçirilən sərgilərdə indiyədək sərgilənməyən, son 3 il ərzində çəkilmiş olmalıdır;

Başqa rəssamların əsərlərinin surətləri qəbul edilmir; 

Mövzu  və ölçü sərbəstdir;