Ermənistan XİN qarşısında aksiya saxlanılanlar var


Dünya 10 Dek 2021 16:22:00 130 0

Ermənistan XİN qarşısında aksiya  saxlanılanlar var

Yerevanda Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, etirazçılardan bir qrupu nazirlik binasına daxil ola bilib.

Aksiya ilə əlaqədar 13 nəfər saxlanılıb.

Qeyd olunur ki, etirazçılar nazir Ararat Mirzoyanla görüşməyi və Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələlərə aydınlıq gətirməyi tələb edib.