Rusiyada COVID19dan ölənlərin sayı 287 180 nəfərə çatıb


Dünya 10 Dek 2021 16:28:00 142 0

Rusiyada COVID19dan ölənlərin sayı 287 180 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 30 873 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 9 956 679 nəfərə çatıb.

Son sutka ərzində 1176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 287 180 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.