Buster dozanı vurdurmayanların nəzərinə "Omikron" təhlükəsi...


Digərləri 10 Dek 2021 15:58:00 138 0

Buster dozanı vurdurmayanların nəzərinə  "Omikron" təhlükəsi...

Peyvəndin hər iki dozasını vurdurmayanlar və ya ikinci dozadan 4-5 ay keçən şəxslərdə "Omikron"a yoluxma sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, buna görə də buster doza ciddi şəkildə tövsiyə olunur.

""Omikron"un digər ştammlardan fərqli olaraq formalaşmış immun sistemindən yayındığına dair ön fikirlər var. Bu da onun daha ciddi mutasiya olduğunu göstərir. Bu ştammın peyvənd olunmuş və xəstəlik keçirmiş şəxslərdə də xəstəlik törətmə qabiliyyəti var".

Qeyd edək ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda qeydə alınan "omikron" ştammı bu günədək 60-a yaxın ölkədə aşkar edilib.