Azad olunan ərazilərə xüsusi təlim keçmiş itlər cəlb olundu VİDEO FOTO


Digərləri 10 Dek 2021 15:22:00 250 0

Azad olunan ərazilərə xüsusi təlim keçmiş itlər cəlb olundu  VİDEO  FOTO

İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün xüsusi təlim keçmiş itlər cəlb olunub.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun xidməti itlərinin artırılması və yetişdirilməsi şöbəsinin rəisi baş leytenant Qocayev deyib.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidməti itlərdən 5 istiqamətdə istifadə olunur.

"Buraya partlayıcı maddələr, minaaxtarışı, cəsəd axtarışı, insan axtarışı və mühafizə itləri daxildir. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xüsusi riskli xilasetmə xidmətinin istehkamçıları ilə birgə minaların tez təmizlənməsi üçün xüsusi təlim keçmiş itlər də cəlb olundu", - deyə o bildirib.