Beyləqanın Təzəkənd kəndində 20 şəhidin adı əbədiləşdirilib


Digərləri 10 Dek 2021 14:56:00 122 0

Beyləqanın Təzəkənd kəndində 20 şəhidin adı əbədiləşdirilib

Beyləqan rayonunun Təzəkənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksi açıldı. Açılış mərasimi rayon ictimaiyyəti, şəhid ailələri, məktəblilərin iştirakı ilə baş tutdu. Abidə-bulaq kompleksində Təzəkənd kəndinin 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı verdiyi 20 şəhidin adları əbədiləşdirlib. Çıxış edənlər Vətən müharibəsində ölkəmizin qazandığı tarixi zəfərdən və qəhrəman oğullarımızın şücaətindən bəhs etdilər. Qeyd edək ki abidə-bulaq kompleksi Vərtən müharibəsində şəhid olan Yunisli Ruslan Elçin oğlunun valideynlərinin təşəbbüsü ilə tikilib:

Son.az Real TV-yə istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Ruslan Yunisli Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə iştirak edib. O, 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlər əbədi ölümsüzlük qazandı. Bu bulaq abidə kompleksi isə Beyləqanın Təzəkənd kəndində şəhidlərin anım məkanı, ziyarət yerinə çevriləcək.