Billi Ayliş yenidən köhnə stilinə qayıtdı


Şou-biznes 10 Dek 2021 13:22:00 128 0

Billi Ayliş yenidən köhnə stilinə qayıtdı

Amerikalı pop müğənni Billi Ayliş seksual geyimlərdən imtina edib, həmçinin saç rəngini yenidən dəyişib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, məşhur müğənni "NBC Studios" səsyazma studiyasından çıxarkən Nyu-York küçələrində paparazilərin kameralarına tuş gəlib. Kadrlardan görünür ki, müğənni oversayz-idman geyimində yenildən "torba" geyimlərə qayıdıb.

Bundan əlavə, Ayliş yenidən saçlarını tündləşdirib, onun üzündə makiyaj olmayıb və o, heç bir aksesuardan istifadə etməyib.

Xatırladaq ki, mart ayında Billi  Ayliş məşhur saç düzümündə radikal dəyişiklik edərək pərəstişkarlarını təəccübləndirmişdi.