Ağdam Sənaye Parkında 74 hektar ərazi minalardan təmizlənib


Digərləri 10 Dek 2021 12:58:00 289 0

Ağdam Sənaye Parkında 74 hektar ərazi minalardan təmizlənib

Ağdam Sənaye Parkının birinci mərhələsi üçün nəzərdə tutulmuş 74 hektar ərazi artıq minalardan təmizlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

"Burada ilkin mobilizasiya işləri yekunlaşdırılmışdır. Potensial gələcək rezidentlər üçün şərait yaradılıb. Onlar artıq gəlin fəaliyyətə başlaya bilərlər. Şərait yaradılıb dedikdə biz ərazinin ümumi, yəni sosial zonanın, mobilizasiya hissəsinin ilkin abadlaşdırılması nəzərdə tutulub. Rezidentlərin ilkin normal fəaliyyət göstərmələri üçün ərzaq dükanı, bərbərxana, ilkin tibbi yardım məntəqəsi və eyni zamanda bankomat ödəmə məntəqəsi quraşdırılıb. Ağdam Sənaye Parkına elektrik enerjisi çəkilir. Müvəqqəti transformator quraşdırılıb. Ağdam ərazisində ilk su Ağdam Sənaye Parkının ərazisinə verilib, 350 metrlik dərinlikdə quyu qazılıb və sənaye parkının ərazisi həm elektrik enerjisi, həm də su ilə təmin olunub və buradakı eletrik enerjisi təminatının bir hissəsi, xüsusi olaraq işıqlandırma nöqtələri günəş panelləri vasitəsilə həyata keçirilir", - o deyib.

E.Nuriyev qeyd edib ki, analoji şərait Araz Vadisi İqtisadi Zonasında da yaradılacaq: