Mübahisə bıçaqlanma ilə nəticələnib


Kriminal 10 Dek 2021 07:31:00 173 0

Mübahisə bıçaqlanma ilə nəticələnib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 5 mikrorayonunda qeydə alınıb.

Samux rayonunun İnstitut qəsəbə sakini 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə qolunu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Xəstənin yarası tikilib vəziyyətinin orta ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, İ Baxışzadəni Tural adlı şəxs bıçaqlayıb. Hadisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə tərəflər arasında mübahisə qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır.