“Instagram” vacib funksiyanı geri qaytarır FOTO


Digərləri 10 Dek 2021 05:33:00 237 0

“Instagram” vacib funksiyanı geri qaytarır  FOTO

"Instagram"ın rəhbəri Adam Mosseri sosial şəbəkədəki yazıların alqoritmik deyil, xronoloji lentini qaytaracağına söz verib.

Son.az oxu.az-a istinadən bildirir ki, Mosserinin sözlərinə görə, funksiya 2022-ci ilin birinci rübündə işə salınacaq. Sosial şəbəkənin rəhbəri əlavə edib ki, istifadəçilərə seçim hüququ verilir. Onlar yeni versiyaya keçə və ya köhnə versiyada qala bilərlər.

Bundan əlavə, "Instagram" "seçilmişlər" funksiyasını əlavə edəcək. O, xəbər lentində ilk olaraq göstəriləcək profilləri seçməyə imkan verəcək.