Çağırışlara məhəl qoymadı, Ərəbistanda səhnəyə çıxdı


Şou-biznes 07 Dek 2021 03:45:00 124 0

Çağırışlara məhəl qoymadı, Ərəbistanda səhnəyə çıxdı

Dünyaca məşhur müğənni Justin Bieber ölkədəki insan haqlarının pozulması səbəbi ilə ləğv edilməsi çağırışlarına baxmayaraq Səudiyyə Ərəbistanda konsert verib.

Son.az olay-a istinadən xəbər verir ki, 27 yaşındakı ulduzu "F1 Grand Prix" yarışı üçün təşkil olunan tədbirdə çıxış edərək bir neçə populyar mahnısını səsləndirib.

Müğənninin model xanımı Hailey Bieber də Justinin konsertindən paylaşım edərək ona dəstəyini göstərib.

Xatırladaq ki, jurnalist Cemal Kaşıkçının 2018-ci ildə Səudiyyə Ərəbistanın İstanbul səfirliyində öldürülməsindən sonra mərhumun nişanlısı Hatice Cengiz müğənniyə məktub yazaraq konserti ləğv etməsini istəyib.