Məşhur professordan "Omikron" XƏBƏRDARLIĞI Uşaqlarınızı qoruyun! VİDEO


Digərləri 06 Dek 2021 22:30:00 266 0

Məşhur professordan "Omikron" XƏBƏRDARLIĞI  Uşaqlarınızı qoruyun!  VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünya panikaya düşməməlidir, lakin COVID-19 virusunun yeni variantı olan "Omikron"a hazır olmalıdır.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hacettepe Universitetinin Uşaq Yoluxucu Xəstəliklər üzrə baş mütəxəssis, prof. dr. Mehmet Ceyhan yeni ştamın uşaqlar üçün təhlküləli ola biləcəyini deyib:

"Omikron variantının ortaya çıxması ilə Cənubi Afrikada gündəlik yoluxmaların sayı bir həftə ərzində 300-dən 11000-ə yüksəldi. İndiyədək müşahidə edilən yoluxmalar ciddi deyil. Ancaq ən diqqət çəkən xüsusiyyəti ağırlaşmaların daha çox uşaqlarda müşahidə olunmasıdır. 0-9 yaş qrupu xəstəliyin ən çox simptomatik olduğu yaş qrupudur. Xüsusilə 0-5 yaş qrupunda ağırlaşmalar üstünlük təşkil edir. Bu çox maraqlı vəziyyətdir. Çünki əvvəlki yoluxmalarda 5 yaşa qədər uşaqlarda simptomatik xəstəliklərin sayı digər yaş qruplarına nisbətən aşağı olmuşdu. Bu yaş qrupunun hələ peyvənd olunma şansı olmadığı üçün tədbirləri gücləndirmək və xəstəliyin kiçik uşaqlara keçməsinin qarşısını almaq lazımdır.

0-5 yaşlı uşaqlar soyuqdəymə və qripə ən çox rast gəlinən qrupdur və ildə orta hesabla 10-12 dəfə xəstəliyi yüksək hərarətlə keçirirlər. Uşaq bağçalarında müayinə və test olmadan diaqnoz qoymaq mümkün deyil. Bunun üçün sürətli diaqnostik testlər tələb olunur.

Peyvənd olunmamış yetkinlərin (qohumlar, qonşular, məktəb və xidmət işçiləri...) azyaşlı uşaqlarla təmasda olmasının qarşısı alınmalıdır". (publika.az)