Yoluxub sağalanlarda olan aiticimlər Omikrondan qorumur


Digərləri 06 Dek 2021 22:40:00 217 0

Yoluxub sağalanlarda olan aiticimlər Omikrondan qorumur

"Koronavirusun Delta ştamı ilə yoluxduqdan sonra yaranan anticisimlər "Omikron" infeksiyasından qoruya bilməz və yaxud əksinə".

Son.az xəbər verir ki, bunu Molekulyar-genetik tədqiqatlar elmi mərkəzinin təsisçisi və baş direktoru Andrey İsayev deyib.

Mütəxəssisin sözlərinə görə, çox sayda mutasiya o deməkdir ki, bu ştamın virionu struktur olaraq koronavirusun digər ştamlarının virionlarından fərqlənir: "Onların müxtəlif zülalları var. Buna görə də əvvəlki ştamlara yoluxan və ya peyvənd olunmuş şəxslərə görə hazırlanan anticisimlər "omikron"u bloklaya bilməz. Yəni, "omikron" və digər ştamlar arasında çarpaz immunitet yaranmayacaq. Müvafiq olaraq, "omikron"a yoluxduqdan sonra yaranacaq anticisimlər Deltaya qarşı müdafiə sistemi qura bilməyəcək və yaxud da əksinə".

A.İsayev əlavə edib ki, "omikron" mutasiyalarının çoxluğuna görə onun gələcəkdə necə olacağını proqnozlaşdırmaq çətindir, çünki bu fenomen tamamilə yenidir. /medicina.az