Azərbaycan iki ölkəyə 100 min peyvənd göndərib


Digərləri 06 Dek 2021 22:55:00 97 0

Azərbaycan iki ölkəyə 100 min peyvənd göndərib

Türk Dövlətləri Təşkilatı Burkina-Faso və Toqoya 611 200 doza koronavirusa qarşı peyvənd göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, göndərilən peyvəndlərin Türkiyə (200 min doza "Sinovac"), Azərbaycan (100 min doza "Sinovac"), Özbəkistan (100 min doza "Sinovac") və Macarıstan (211 200 doza "Sinopharm") tərəfindən ayrılıb.

Bildirilir ki, 400 min doza "Sinovac" peyvəndi Burkina-Fasoya, 211 200 doza "Sinopharm" peyvəndi isə Toqoya bağışlanıb.