Ötən gün 281 nəfər məclislərə buraxılmadı


Digərləri 06 Dek 2021 21:30:00 100 0

Ötən gün 281 nəfər məclislərə buraxılmadı

4-5 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 906 toy şənliyinin monitorinqini həyata keçirib.

Nazirlikdən verilən məlumata görə, monitorinq 896 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 2 şadlıq sarayının sahibi barəsində material baxılması üçün məhkəməyə göndərilib.

281 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.