Avropada kovidə qarşı yeni dərman Lagevrio


Dünya 06 Dek 2021 21:35:00 277 0

Avropada kovidə qarşı yeni dərman  Lagevrio

Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı "Lagevrio") geniş tətbiqinə başlanılacaq.

Son.az bildirir ki, ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır.

Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın "Merck və Ridgeback Biotherapeutics" şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib. /medicina.az