Alpinist səkkiz il əvvəl tapdığı ləlcavahiratın yarısını alıb


Digərləri 06 Dek 2021 22:10:00 248 0

Alpinist səkkiz il əvvəl tapdığı ləlcavahiratın yarısını alıb

2013-cü ildə Monblanda dəfinə qutusu tapmış fransız alpinist oradakı ləl-cavahiratın yarısını hakimiyyət orqanlarından alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 300 min avro dəyərində zümrüd, sapfir və yaqutlar alpinist tərəfindən səkkiz il əvvəl Monblan dağında tapılmışdı. Ləl-cavahiratın olduğu paketlərdə "Hindistanda istehsal edilib" sözləri gözə dəyirdi. Buna görə də Fransa hakimiyyət orqanları hesab edirdilər ki, dəfinə yarım əsr əvvəl Monblanda qəzaya uğramış Hindistan təyyarəsinin sərnişinlərindən hansısa birinə məxsus olub.

"Qiymətli daşlar hər biri 150 min avro (169 min dollar) olmaqla iki bərabər hissəyə bölünüb", -deyə Şamoni (Monblan dağının ətəyində şəhər) meri Erik Furnye bildirib.

Air India aviaşirkətinin iki təyyarəsi 1950 və 1966-cı illərdə Monblan dağına çırpılmışdı. Alpinistlər uzun illər boyu orada təyyarə hissələri, baqaj əşyaları və insan cəsədlərinin qalıqlarını tapırdılar.