ÜST: “Omikron” barədə nəticə çıxarmaq hələ tezdir


Dünya 06 Dek 2021 21:20:00 152 0

ÜST: “Omikron” barədə nəticə çıxarmaq hələ tezdir

Ümumdünya Səhiyyə Təşkilatı "Omikron" ştammının koronavirusun daha ağır forması ilə nəticələnməsinə dair fikir yürütməyin hələ tez olduğunu bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, təşkilatın eksperti Maria van Kerkhovenin izah edib ki, yeni ştammın xəstəlikdən tam sağalmaya qədər bütün mərhələlərdən keçməsi üçün vaxt tələb olunur.

Onun sözlərinə görə, ilkin məlumatlar göstərir ki, koronavirusun "Omikron" ştammı ilə yoluxmuş şəxslər COVID-19-u daha yüngül formada keçirir, lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.

Qeyd edək ki, bu günə qədər 40-dan çox ölkədə "omikron" ştammı müəyyən edilib.