Boşanmaq üçün bir milyon avro tələb edir


Şou-biznes 06 Dek 2021 20:42:00 139 0

Boşanmaq üçün bir milyon avro tələb edir

"Master Chef Türkiye" yarışmasının jürisi, italyan aşpaz Danilo Zanna və həyat yoldaşı Tuğçe Demirbileyin boşanma prosesində problem yaranıb.

Son.az olay-a istinadən xəbər verir ki, cütlük təzminat mövzusunda razılığa gələ bilmədiyi üçün boşanmaq üçün ərizə yaza bilməyib. Danilo həyat yoldaşına İstanbulun Etiler səmtindəki evi, oğullarının qəyyumluğunu, təhsil xərclərini və ayda 20 min lirə alimentlə yanaşı, boşanma təzminatı kimi 500 min avro verməyi təklif edib.

Bu təklifi qəbul etməyən Tuğçe Demirbilek 9 illik evlilikləri üçün aşpazdan 1 milyon avro istəyib, Danilo isə 500 min avroda israr edib və protokol tərtib olunmayıb.