Ölkəmizə idxal edilən bibərlərdə virus aşkarlandı


Digərləri 06 Dek 2021 20:48:00 185 0

Ölkəmizə idxal edilən bibərlərdə virus aşkarlandı

Ölkəmizə idxal edilən bibər məhsullarında qonur qırışıqlıq virusu aşkar edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 30 noyabr tarixində "Best Supply Company" MMC, 2021-ci il 3 dekabr tarixində isə "Amotrade" MMC və "Bazarstore" MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib.