Meyxanaçının oğlu Nazilə Səfərliyə od püskürdü: “Məqsədi reytinq tutmaqdır” VİDEO


Şou-biznes 06 Dek 2021 19:54:00 173 0

Meyxanaçının oğlu Nazilə Səfərliyə od püskürdü: “Məqsədi reytinq tutmaqdır”  VİDEO

Meyxanaçı Ağakərimi ziyarətə gedən şair Nazilə Səfərli evə buraxılmayıb. Buna baxmayaraq, şair qapının qarşısında video çəkərək öz şəxsi səhifəsində paylaşıb.

Son.az xəbər verir ki, meyxana ustadı Ağakərimin oğlu Kərim Novruzov oxu.az-a açıqlamasında bildirib ki, N.Səfərlinin gəlməsindən öncədən xəbəri olmadığı üçün onun üzünə qapı açan olmayıb:

"Düşünürəm ki, öncədən xəbər olunmalıdı. Ona görə ki, mən iş adamıyam, işləyirəm. Burada belə bir şey var ki, evdə kişi olmadığından evə heç kim buraxılmır. Xəbərsiz gəlmələrini niyə istəmirəm? Çünki hamı bir-birinin evinə gedəndə xəbər edib gedir. Onun xəstəyə heç bir aidiyyəti yoxdur. Xəstə yanına gələndə çəkilişlə gəlmirlər. Xəstə yanına gələn Allaha xatir gəlir".

Kərim qeyd edib ki, Nazilə Səfərli onların evinə gələn zaman evdə olmayıb:

"Həmin vaxt evdə deyildim. Nazilə Səfərli gəlib qohumumuzun mağazasından mənə zəng elətdirib, mən də evdə olmayacağımı bildirdim və dedim ki, gəlməmişdən öncə xəbər etsinlər. Mən Nazilə Səfərlinin bu addımını qara piar adlandırıram. Onların məqsədi reytinq tutmaqdır".