Məşhur aparıcı Tünzaləni təhqir etdi


Şou-biznes 06 Dek 2021 18:24:00 111 0

Məşhur aparıcı Tünzaləni təhqir etdi

Xalq artisti Tünzalə Ağayeva "Səs Azərbaycan" yarışmasında iştirakçılarından biri koronavirusa yoluxduğu üçün tələbəsi ilə "qarşıdurma"ya çıxmışdı.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi Səbinə Quluzadə ilə Uitni Hyuston və Enriki İqlesiasın "Could I Have This Kiss Forever" mahnısını ifa edib.

Həmin anların görüntüləri sosial mediada yayılıb. Teleaparıcı İrad İsak isə sözügedən videoya rəy yazaraq Tünzalə Ağayevanı və iştirakçını təhqir edib.

"İlahi bu mahnının orijinalı necə həzin, rahat səslə oxunur. Bu, nə bəyirişmədir (kiçikbuynuzlu və balaca heyvanların səslənmələri - red.) belə?", - deyə, İ.İsaq bildirib.