"Mən Toliki hədələməmişəm" Cavanşir Məmmədov sözlərini dandı VİDEO


Şou-biznes 06 Dek 2021 17:18:00 287 0

"Mən Toliki hədələməmişəm" Cavanşir Məmmədov sözlərini dandı  VİDEO

Əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl "Dünya TV"də qonaq olarkən aparıcı-prodüser Tarix Əliyevi (Tolik) hədələməsini bu gün danıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni hətta onun "Tarixin bir günü" verilişinə qonaq olub. C.Məmmədov bir neçə gün əvvəl dediyi təhqirləri isə danaraq, Toliki yanlış anladığını söyləyib:

"Biz qalmışıq bir yanda, ikimizin fikrini edirlər. Bu yaxınlarda başqa verilişə çağırıblar, mövzu tam başqadır. Mövzu qalıb bir kənarda, Toliklə məndən danışırlar. Bizim aramızda heç nə olmayıb. Tamaşaçı sual yazıb, mən düz anlamamışam".

Tolik isə ona "Sualı mən deməmişəm. Sual sosial şəbəkədə ünvanlanıb. Mənim üstümdən reklam götürməyin. Sizi 365 gün instaqram səhifələrinə həsrət qoyaram. Cavanşir müəllim gedib bir kanala, onu kəsib yayıblar. Orada adımı da çəksəydi, cavab verməyəcəkdim. 42 yaşım var, haqqımda nə deyəcəksiniz? Bu kişini çağırıb, məndən nəsə soruşmayın. Allah ona o qədər ruzi versin ki, bir yox, on maşın alsın. Deyirlər, maşını haradan almısan? Anam xaricdə yaşayır, atam var idi, dünyasını dəyişdi. Özünün evi də var idi. Niyə almayım?" cavabını verib.

Əvvəlki açıqlamasında "Bəs, özün sürdüyün "Porsche"dən, "Gelandewagen"dən niyə danışmırsan? Aparıcılıqla onu almaq imkanın var? Necə olur, sənin dörd yerdə evin var, Firuzə xanımın 1 yerdə. Gətir evinin birini ver Firuzə xanıma" deyən C.Məmmədov isə bu dəfə Tolikə "İndi ən asan şey maşın almaqdır. Banklar kredit verir" reaksiyasını verib.