Dövlət Akademik Filarmoniyasında konsert keçiriləcək


Kriminal 06 Dek 2021 13:16:00 323 0

Dövlət Akademik Filarmoniyasında konsert keçiriləcək

23 dekabr 2021-ci il tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcək.

Konsertdə orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında müxtəlif əsərlər səslənəcək: E.Elqar - Sospiri op70, Y.Haydn - Simfoniya № 95.c-moll və C.Verdi - Kvintet e-moll (Bakıda ilk ifa). Konsertin solisti - pianoçu, Almaniyanın Hanover Musiqi, Dram və Media Universitetinin doktorantı respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflidir. 

Nərmin Nəcəfli ilk musiqi təhsili Bülbül adına orta ixtisas musiqi məktəbində başlamış, daha sonra Almaniyanın Hanover şəhərində Musiqi, Dram və Media Universitetinə qəbul olmuş, magistr və doktorantura təhsilini də eyni Universitetdə davam etdirmişdir. İtaliya, Fransa, Polşa, Almaniya və İngiltərədə Professorlardan ustad dərsləri almışdır. 

Bir çox respublika və beynəlxlaq festivallarda, konsertlərdə uğurlu çıxışlar etmiş və laureat adına layiq görülmüşdür. Nərmin Nəcəfli 23 dekabr Filarmoniyada Kamera orkestrinin müşaiyəti ilə V.A.Mosart -  piano və orkestr üçün konsert № 23.K.488 əsərini ifa edəcək.