Gecəyə 30 milyonluq boyunbağı ilə qatıldı FOTO


Şou-biznes 06 Dek 2021 11:48:00 127 0

Gecəyə 30 milyonluq boyunbağı ilə qatıldı  FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, gecədə diqqəti çəkən məqamlardan biri aktrisa Melis Sezenin taxdığı boyunbağı olub. "Tiffany & Co"ya məxsus 30 milyon dollar dəyərində olan aksesuar daha əvvəl müğənni Ledi Qaqanın boynunda görünüb. İfaçı 2019-cu ildə "Oskar" mükafatına layiq görülərkən eyni boyunbağını taxıb.  

Melis təqdimatda Ahsen Eroğlu və Cemre Baysellə birgə "Ulduzu parlayanlar" mükafatını alıb.

Eyni zamanda, "Ən yaşı kişi aparıcı" Acun Ilıcalı, "Ən yaxşı qadın aparıcı" Müge Anlı, "Ən yaxşı serial" "Camdaki kız", "Ən yaxşı aktyor" Çağlar Ertuğrul, "Ən yaxşı aktrisa" Ezgi Mola və Merve Dizdar, "Ən yaxşı reper" Sefo, "Ən yaxşı uşaq aktyor" Aylin Akpınar, "Ən yaşı serial cütlüyü" Kerem Bürsin və Hande Erçel, "Ən yaxşı romantik komediya serialı" "Sen çal kapımı" seçilib.