ABŞın kəşfiyyat təyyarəsi Azərbaycan səmasında


Siyasət 06 Dek 2021 10:22:00 174 0

ABŞın kəşfiyyat təyyarəsi Azərbaycan səmasında

ABŞ hərbi-radioelektron kəşfiyyat təyyarəsi Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat uçuşu aparıb.

Son.az bildirir ki, Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinə məxsus "OF 38th RS/55th WG, Boeing RC-135V Rivet Joint",  "HOMER79" çağırış adlı təyyarə Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə Qara dəniz üzərində monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb.

"Boeing RC-135V Rivet Joint" daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Daha sonra isə təyyarə Gürcüstan səmasına daxil olub.

ABŞ-ın hərbi-kəşfiyyat təyyarələri müntəzəm olaraq Qara dəniz üzərində uçuşlar həyaat keçirirlər. Pentaqon indiyədək bu məqsədlər üçün RC-135 və CL-600 "Artemis" təyyarələrindən istifadə edirdi.

"Boeing RC-135V Rivet Joint"un uçuşuna gəldikdə isə, onun Azərbaycanın müvafiq rəsmi strukturları ilə ilkin razılaşdırılmadan sonra həyata keçirildiyi istisna olunmur. Çünki ABŞ-ın hərbi-kəşfiyyat və radioelektron təhqiqat təyyarələri indiyədək region ölkələrinin hava sərhədlərin pozmamağa çalışıblar.

Kritdəki aviabazadan havaya qalxan təyyarənin sonradan Azərbaycan-Ermənistan sərhədinə yönəlməsi istiənilən halda ekstraordinar hadisə, ölkəmizin səmasında ABŞ hərbi-kəşfiyyat təyyarəsinin ilk uçuşudur.

ABŞ Müdafiə Nazirliyinin bu uçuşa göstəriş verməsinin iki əsas səbəbi var:

1.  Son aylarda Rusiya və İranın bölgədə hərbi aktivliyinin artması, Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərin və manevrlərin keçirilməsi, Moskva və Tehranın bu minvalla bölgə dövlətlərinə geosiyasi təzyiqlər göstərmək cəhdləri Vaşinqtonu narahat edib.

2. ABŞ-ın Müdafiə Nazirliyi dövlət sərhədlərinin hələ də delimitasiya və demarkasiya olunmadığı, "boz zona"nın sərhəd sayıldığı arealda Azərbaycanla Ermənistan arasındakı təmas xəttindəki vəziyyət barədə dəqiq bilgilər əldə etməyə çalışıb. Eyni zamanda, Vaşinqton rusiyalı sülşməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki situasiyanı da təhlil etmək niyyətindədir.

İstənilən halda "Boeing RC-135V Rivet Joint"un uçuşu bölgədə fəallığını intensivləşdirməyə çalışan Rusiya və İrana xəbərdarlıq sayıla bilər.

"Boeing RC-135V Rivet Joint" ABŞ Hərbi-Hava Qüvvələrinin santimetr, desimetr və metrlik dalğa diapaonlarında əsas radio və radiotexniki kəşfiyyat vasitələrindən biridir. Təyyarədən potensial düşmənin aviasiyasına və hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizə üçün istifadə olunur, çünki bu təyyarə düşmənin aviasiyası ilə HHM-nin rajioelektron sistemləri, habelə radioəlaqə vasitələri barədə təfərrüatlı məlumatlar əldə etməyə imkan verir.

Təyyarə AEELS (radiolokasiya sistemlərinin avtomatik radiotexniki kəşfiyyatı), MUCELS (ultraqısa dalğa diapazonunda çoxkanallı kəşfiyyat) sistemləri ilə də təchiz olunub.

Orxan Hun Son.az