"Bu, daha ağır keçirilən ştamma oxşamır"


Dünya 06 Dek 2021 09:05:00 112 0

"Bu, daha ağır keçirilən ştamma oxşamır"

Koronavirusunun "omikron" ştammı ABŞ ştatlarının təxminən üçdə birində müəyyən edilib, lakin yeni ağır halların əksəriyyəti "delta" variantı ilə əlaqələndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Amerika infeksionistləri bildirib.

Ağ Evin müşaviri doktor Entoni Fauçi "CNN" telekanalında bildirib: "Bu, daha ağır keçirilən ştamma oxşamır".

O əlavə edib ki, qəti nəticə çıxarmaq hələ tezdir, daha çox araşdırmaya ehtiyac var.

E.Fauçi ABŞ-ın Cənubi Afrikadan səyahət qadağasını "ağlabatan müddətdə" ləğv edəcəyinə ümidvar olduğunu bildirib.