ÇiliArgentina sərhədi yaxınlığında güclü zəlzələ


Dünya 06 Dek 2021 09:15:00 141 0

ÇiliArgentina sərhədi yaxınlığında güclü zəlzələ

Çilinin şimal hissəsində, Antofaqasta şəhərindən 234 km cənub-şərqdə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, saat 01:54-də (GMT+4) qeydə alınan zəlzələnin episentri Çili-Argentina sərhədindən təxminən 30 km məsafədə olub.

Episentrdə zəlzələnin intensivliyinə görə, zəlzələ "kifayət qədər güclü" kimi qiymətləndirilib.