Putin ilə Modi nəyi müzakirə edəcəklər?


Dünya 06 Dek 2021 08:36:00 145 0

Putin ilə Modi nəyi müzakirə edəcəklər?

Rusiya prezidenti Vladimir Putin bu gün Hindistana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 1-də Rusiya dövlət başçısı bildirib ki, səfər zamanı o, respublikanın baş naziri Narendra Modi ilə "xüsusilə imtiyazlı Rusiya-Hindistan münasibətlərini, Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün yeni genişmiqyaslı təşəbbüsləri müzakirə etmək niyyətindədir".

Kreml əlavə edib ki, liderlər beynəlxalq gündəmdəki aktual məsələlər, o cümlədən "G20", BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.

Dövlət başçısının köməkçisi Yuri Uşakov ötən həftə deyib ki, mümkün mövzular arasında strateji sabitlik, terrorizmlə mübarizə, Asiya-Sakit okean regionunda vəziyyət və Əfqanıstandakı vəziyyət olacaq.