Elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub


Dünya 06 Dek 2021 08:49:00 133 0

Elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub

Çində yanğın nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CGTN" telekanalı yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, yanğın Çinin Şansi vilayətinin Şouyan qəzasında elektrik stansiyasının ərazisində baş verib.

Bildirilib ki, yanğın əməkdaşlar üçün olan yaşayış yerlərində başlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.