Avtomobil piyadalara çırpılıb, 10dan çox insan yaralanıb


Dünya 06 Dek 2021 08:15:00 117 0

Avtomobil piyadalara çırpılıb, 10dan çox insan yaralanıb

Meksikanın paytaxtı Mexikoda yerləşən Koyoakan rayonunda avtomobil bir qrup piyada və velosipedçiyə çırpılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər ictimai təhlükəsizlik idarəsi xəbər verib.

Məlumata əsasən, 12 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlar Mexiko şəhərinin şimalındakı Qvadalupe Məryəm Bazilikasına gedən zəvvarlar olub. Onlar sınıq və kəllə-beyin travması ilə xəstəxanalara çatdırılıblar.

Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Hakimiyyət nümayəndələri avtomobilin sürücüsünü və onunla birlikdə olan sərnişini saxlayıblar.