Belçikada sanitar rejim əleyhinə etiraz aksiyası keçirilib


Dünya 05 Dek 2021 23:54:00 143 0

Belçikada sanitar rejim əleyhinə etiraz aksiyası keçirilib

Belçikanın paytaxtı Brüsseldə sanitar rejim əleyhinə etiraz aksiyası keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, aksiyada 8 mindən çox adam iştirak edib.

2 həftə əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə güc strukturları ilə ciddi qarşıdurma qeydə alınmayıb. Etirazçılar əllərində "Vaksin istəmirik", "Covid=soyqırımı", "Uşaqlar üçün vaksinə son" şüarları yazılmış plakatlar tutublar.