Norveçdə Milad süfrəsində kütləvi yoluxma: 120 nəfərdə “Omikron”


Dünya 05 Dek 2021 21:27:00 373 0

Norveçdə Milad süfrəsində kütləvi yoluxma: 120 nəfərdə “Omikron”

Norveçin paytaxtı Osloda kütləvi Milad yeməyinə qatılan 120 nəfərdə yeni növ koronavirusun "Omikron" variantının aşkar edildiyi bildirilib.

Bu barədə Norveç Xalq Sağlamlığı İnstitutu məlumat yayıb.

Məlumata görə, kütləvi tədbir Oslodakı "Louise" restoranında baş tutub.

Mərasim Norveçin enerji şirkəti "Scatec" tərəfindən təşkil edilib.