Bakı sakini əlbəyaxa dava zamanı bıçaqlanıb


Kriminal 03 Dek 2021 07:07:00 138 0

Bakı sakini əlbəyaxa dava zamanı bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Eynullayev Samir Vidadi oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.