Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir ISESCO rəhbəri


Kriminal 02 Dek 2021 12:34:00 120 0

Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir  ISESCO rəhbəri

Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Səlim bin Məhəmməd Bakıda keçirilən "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

"Biz sülh uğrunda qlobal alyans yanaşmamızla uyğunlaşan bu forumun dəstəklənməsinə sadiqik", - deyə o, bildirib.

Qeyd edək ki, ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.