"Sülh dayanıqlı olmalıdır ki mədəniyyəti qura bilək"


Kriminal 02 Dek 2021 12:46:00 147 0

"Sülh dayanıqlı olmalıdır ki mədəniyyəti qura bilək"

İşğaldan azad edilən əraziləri bərpa etmə işləri mədəniyyətlə başlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, bərpa üçün mədəniyyət bunun üçün mühüm amildir.

"Biz bərpa işləri üçün dayanıqlı sülhdən əmin olmalıyıq. Mədəniyyət naminə sülhü qonşularımıza təlqin etməliyik. Sülh dayanıqlı olmalıdır ki mədəniyyəti qura bilək. Bu sadəcə mədəniyyətlərin bərpası yox, bu həm də mənəvi məna daşıyır.

Qeyd edək ki, ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) işə başlayıb.