Britaniya parlamentinə girməyə cəhd edən


Dünya 02 Dek 2021 08:52:00 143 0

Britaniya parlamentinə girməyə cəhd edən

Böyük Britaniya polisi Londonda parlament binasına girməyə cəhd edən şəxsi saxlayıb.

APA-nın xəbərinə görə, adı açıqlanmayan şəxs binaya daxil olmaq istəyərkən siqnalizasiya sistemi işə düşüb.

London polisinin məlumatına görə, şübhəli şəxs artıq həbs olunub. Onun binaya girişinin məqsədi aydınlaşdırılır. Hələlik terror ehtimalı istisna edilir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.