Bakıda motosiklet maneəyə çırpılıb,


Digərləri 02 Dek 2021 08:27:00 190 0

Bakıda motosiklet maneəyə çırpılıb,

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Uğur Emin oğlu idarə etdiyi motosikleti yol qırağındakı maneəyə çırpıb.

Nəticədə U. İsmayıllı və motosikletdə olan sərnişin, 1995- cı il təvəllüdlü Həsənov Turan Xaləddin oğlu xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.