"Koronavirusla bağlı yeni məhdudiyyətlər ədalətsizdir"


Dünya 02 Dek 2021 08:29:00 183 0

"Koronavirusla bağlı yeni məhdudiyyətlər ədalətsizdir"

Koronavirusun yeni "omikron" adlı ştammının yayılması ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətlərini ədalətsizdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransı zamanı BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətinin pisləşməsi səbəbindən növbəti səyahət qadağaları yalnız ədalətsiz deyil, həm də qeyri-effektivdir.

O, öz mövqeyini məhdudiyyətlərin bəzi regionları və bütün ölkələri təcrid etməsi ilə əsaslandırıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.