OPEC ölkələri yeni baş katib seçəcəklər
Digərləri 02 Dek 2021 07:15:00 132 0
Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.
Son.az Trend-ə istinadən bildirir ki, yanvarda keçiriləcək növbədənkənar iclasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər:
"Görüş başa çatdı. OPEK+ ölkələrdən ayrı olaraq yanvarda növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək".
Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.
Mənbə: milli.az