Omikronun simptomları çox qəribədir, kovidə bənzəmir İlk aşkar edən həkim


Digərləri 01 Dek 2021 23:00:00 145 0

Omikronun simptomları çox qəribədir, kovidə bənzəmir  İlk aşkar edən həkim

Cənubi Afrikada aşkarlanan Omikron ştammını ilk görən həkim Anqelik Kutzee noyabrın əvvəllərində qəbul etdiyi xəstələrdə kovidə bənzəməyən, amma soyuqdəyməyə xas qəribə simptomlar izləməyə başlayıb.

O, xəstələrə kovid testi verdirib və onlar pozitiv çıxıb. Bundan sonra Kutzee yerli hakimiyyəti şəhərdə yeni kovid variantının olması barədə məruzə edib.

Son.az xəbər verir ki, əsasən xəstələr gənc, fiziki cəhətdən sağlan insanlar olub. Onlarda dad, iybilmə itməyib, yüksək hərarət olmayıb, boğulma, təngnəfəslik yoxdur.

Vaksin olunanlarda ümumiyyətlə xəstəlik yüngül keçib. Olmayanlarda isə çox güclü yorğunluq, əzələ, oynaq, bədən ağrıları, gücsüzlük hiss olunub.

Pasiyentlər arasında 6 yaşlı uşaq da var idi, onda hərarət, ürək ritminin artması qeydə alınıb.

Afrikalı həkim bu simptomlarla 20 nəfəri izləyib, həm böyüklər, həm uşaq evdə həkim nəzarətində tez sağalıb.