Ağciyərlərinin 90 faizi tutulmuş 6 uşaq anasını xilas etdilər Həkimlər


Dünya 01 Dek 2021 21:59:00 244 0

Ağciyərlərinin 90 faizi tutulmuş 6 uşaq anasını xilas etdilər  Həkimlər

Kovidə yoluxmuş 6 uşaq anası, Dağıstanlı qadın 1 ay idi ki, xəstəxanada həyat uğrunda mübarizə apardıd. Onun ağciyərləri 90% zədələnmişdi.

Son.az xəbər verir ki, qadın kovidə qarşı peyvənd olunmamışdı.

40 yaşlı Caradat Maqomedova 16 oktaybrda ağır vəziyyətdə qırmızı zonaya gətirilib.

KT nəticələri dəhşətli idi: ağciyərlərin 90%-i yox idi.

Xəstə 2 həftədən də çox oksigen cihazında saxlanılıb.

Həkimlər ümidsiz olsalar da əllərindən gələni edirdilər. Müalicə həkimi qeyd edib ki, evdə ananı gözləyən 6 uşaqlar hər gün gözlərinin önünə gəlirdi. Əgər xəstə vaxtında peyvənd olunsaydı, belə ciddi dəyişikliklər olmazdı. /medicina.az